AZ

İsrail YENİDƏN BOMBALANIR: Əhali sığınacaqlara qaçır, İranın üç ŞƏRTİ var

İran İsrail ərazisinə raket zərbələri endirir. İsrail Ordusu məlumat yayıb. Məlumatda hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü qeyd olunub. İctimaiyyətdən məsuliyyətli davranmaları və verilən təlimatlara əməl etmələri xahiş olunub.

İran Yaxın Şərqdə davam edən hərbi münaqişə fonunda ABŞ-la mümkün danışıqlar üçün şərtlərini irəli sürüb. Bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb. Məlumata görə, Tehran yalnız bir sıra tələbi yerinə yetiriləcəyi təqdirdə əlavə addımları müzakirə etməyə hazır olduğunu bildirib:

“İranın şərtlərinə müharibənin yenidən başlamamasına dair ABŞ-ın təhlükəsizlik zəmanətləri, İranın tam nüvə yanacaq dövriyyəsini inkişaf etdirmək hüququ və hərbi əməliyyatların nəticələrinə görə kompensasiya daxildir”.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Elşad Musayevlə İranı müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
55
musavat.com

1Mənbələr