Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2002-ci il təvəllüdlü magistr l kurs tələbəsi vəfat edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı universitet feysbuk hesabında paylaşım edib.
“ADNSU Geoloji-Kəşfiyyat Fakültəsinin magistr l kurs A1125 qrup tələbəsi Cahad Hüseyn oğlu Qurbanlının vaxtsız vəfatına görə mərhumun ailəsinə dərin hüznlə başsağlığımızı bildiririk.
Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.