AZ

“İranda vəziyyət bu ssenarilərə bənzər bir istiqamətdə inkişaf edə bilər... Tofiq Zülfüqarov

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İranda baş verən proseslər ölkədə vəziyyətin getdikcə daha təhlükəli istiqamətdə inkişaf etdiyini göstərir".

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə paylaşdığı şərhdə bildirib.

Sabiq nazir qeyd edib ki, aparılan təhlillər İranda vəziyyətin getdikcə Suriya, Ukrayna, Liviya və İraq ssenarilərinə bənzər bir istiqamətdə inkişaf etdiyini göstərir. Onun sözlərinə görə, bu proses bir sıra əsas amillərlə bağlıdır.

T.Zülfüqarovun fikrincə, ilk növbədə müxtəlif xarici təsirlərin nəticəsində ölkədə sabit fəaliyyət göstərən dövlət institutlarının zəifləməsi və ya sıradan çıxması müşahidə olunur. Bu institutlar siyasi, iqtisadi və sosial sahələrin idarə olunmasına cavabdeh olan əsas strukturlar hesab olunur.

Keçmiş nazir bildirib ki, paralel olaraq hakimiyyətin müxtəlif fəaliyyət sahələri, regionlar və etno-konfessional qruplar üzrə parçalanması prosesi baş verə bilər. Bu isə vahid dövlət idarəçiliyinin zəifləməsinə gətirib çıxarır.

Onun sözlərinə görə, belə şəraitdə dövlət vahid xarici siyasət, müdafiə strategiyası, iqtisadi və sosial siyasət həyata keçirmək imkanını itirə bilər. Bu isə ölkə daxilində yeni güc mərkəzlərinin yaranmasına və onların təsirinin artmasına səbəb olur.

Tofiq Zülfüqarov hesab edir ki, bu proseslər davam edərsə, nəticədə konstitusiyadan kənar güc mərkəzləri formalaşa və ölkədə siyasi proseslərə ciddi təsir göstərməyə başlaya bilər.

Sabiq nazir əlavə edib ki, belə vəziyyətlərdə adətən təhsil, səhiyyə, sosial təminat, hüquq-mühafizə sistemi və məhkəmə institutlarının zəifləməsi kimi proseslər də müşahidə olunur. Bununla yanaşı, mürəkkəb və yüksək texnologiyalı müdafiə sistemlərinin – hava hücumundan müdafiə, hərbi aviasiya, radioelektron kəşfiyyat və hərbi təhsil strukturlarının da tədricən dağılması mümkündür.

T.Zülfüqarovun sözlərinə görə, bütün bu prosesləri ümumiləşdirsək, nəticədə vahid dövlət sisteminin zəifləməsi və parçalanması təhlükəsi meydana çıxır. O bildirib ki, bu vəziyyət müəyyən mənada orta əsr Avropasında mövcud olmuş şəhər-dövlət modelini xatırlada bilər.

Keçmiş nazir qeyd edib ki, bəzi amerikalı neokonservativ nəzəriyyəçilər belə strukturları “urbanist konqlomeratlar” adlandırırlar. Onların fikrincə, bu tip qurumlar əhalinin gündəlik həyatını təşkil edə bilsələr də, nüvə, kosmik və digər yüksək texnoloji proqramlar kimi böyük geosiyasi ambisiyaları həyata keçirmək qabiliyyətinə malik olmurlar.

Tofiq Zülfüqarov hesab edir ki, İranda hazırda başlayan dövlət institutlarının zəifləməsi prosesi gələcəkdə də davam edə bilər. Onun fikrincə, hərbi əməliyyatların xarakteri, İranın müqavimət formaları və hətta hakimiyyətin davranış modeli belə qlobal güclərin strateji məqsədlərinə uyğun şəkildə formalaşa bilər.

Rasim

"AzPolitika.info" 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
azpolitika.info

1Mənbələr