AZ

Yaralanan ABŞ əsgərlərinin SAYI

ABŞ-nin İrana qarşı başladığı müharibə zamanı on gün ərzində 150 ABŞ əsgəri yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə iki məlumatlı mənbə məlumat verib.

Bildirilir ki, ABŞ Silahlı Qüvvələri bu qədər sayda yaralı barədə ilk dəfə məlumat açıqlayıb. Daha əvvəl "United States Department of Defense" yaralıların sayının təxminən 140 nəfər olduğunu bildirmiş və onların əksəriyyətinin yüngül xəsarətlər aldığını qeyd etmişdi.

Pentaqonun mətbuat katibi Sean Parnell bildirib ki, yaralanan 108 hərbçi artıq xidmətə qayıdıb. Onun sözlərinə görə, ağır yaralanan səkkiz əsgər isə hazırda lazımi tibbi yardım alır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
68
redaktor.az

1Mənbələr