
İsrail hakimiyyəti ABŞ-nin İrana qarşı münaqişədə daha uzun müddət iştirak edəcəyinə ümid edir.Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb."İsrail Baş naziri Benyamin Netanyahunun arzusu İslam Respublikasını devirmək üçün ABŞ ilə birgə müharibə aparmaqdır. Lakin hər şeydə ABŞ Prezidenti Donald Trampa güvənmək şübhəlidir",-İsrailin milli təhlükəsizlik üzrə keçmiş müşavir müavini Çak Freylix bildirib.Qəzetin mənbəyinə görə, İsrail rəhbərliyi ABŞ-nin dəstəyinin istənilən an bitə biləcəyini bilərək hərbi əməliyyat keçirir. Eyni zamanda, Təl-Əviv İrana qarşı hərbi əməliyyatlar üçün daha çox vaxt istəyir.Tramp əvvəllər İrana qarşı hərbi əməliyyatın dayandırılması qərarının İsrailin Baş naziri Binyamin Netanyahu ilə birlikdə veriləcəyini bildirmişdi.
İlahə QənbərliMissiya.Az