AZ

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərlə bağlı dəyişiklik təklif olunur

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-1.1-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur.

Gununsesi.info  xəbər verir ki, təklifə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililərin, eləcə də işçilərin (personalın) müvəqqəti yaşaması məqsədilə yaşayış təyinatlı əsaslı tikililərin müəyyən şərtlərlə inşa edilməsinə icazə verilə bilər.

Dəyişiklik layihəsinə görə, belə tikililər sahəsi 1 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, həmçinin ümumi istifadədə olan örüş sahələri istisna olmaqla) ümumi sahəsinin 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla biləcək.

Qeyd olunur ki, təklif olunan dəyişiklik kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli təşkili, istehsal və emal proseslərinin inkişafı, eləcə də təsərrüfatlarda çalışan işçilərin müvəqqəti yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
icma.az

1Mənbələr