AZ

ABŞ Hörmüz boğazı yaxınlığında 16 İran mina gəmisini batırdı



ABŞ İranın Hörmüz boğazını minalamaq niyyətində olduğu barədə xəbərlər fonunda, 16 mina gəmisi də daxil olmaqla, İran gəmilərinə bir sıra zərbələr endirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə çərşənbə axşamı, 10 mart tarixində rəsmi sosial media hesabında məlumat verib.

Hörmüz boğazı yaxınlığında İran mina qurğularının məhv edilməsi ABŞ Prezidenti Donald Tramp tərəfindən də sosial media hesabı TruthSocial-da təsdiqlənib. Mərkəzi Komandanlıq da öz növbəsində qayıqlara endirilən zərbələrin videosunu yayımlayıb.

Qeyd edək ki, 10 mart səhəri İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ və İsrail ölkəyə hücumlarını davam etdirdiyi müddətcə İran regiondan bir litr də olsun neft ixracına icazə verməyəcəyini bəyan etmişdi. Amerika və İsrail diplomatlarını ərazilərindən qovan ölkələr üçün isə istisnalar təklif edilirdi.

Bunun ardınca CBS News ABŞ kəşfiyyat mənbələrinə istinadən İranın Hörmüz boğazında minalama hazırlıqlarına başladığını bildirdi. Daha sonra Tramp Tehranı, sularda minalamaya başlasa, "görünməmiş nəticələrlə" hədələdi.

SAMİRƏ

Seçilən
57
1
baki-xeber.com

2Mənbələr