ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Boinq” şirkəti İsraillə 5000-ə qədər “ağıllı” bomba tədarükü üçün 289 milyon dollarlıq müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Tədarüklərin təxminən 36 ay ərzində başlanacağı gözlənilir və bu müqavilənin ABŞ və İsrailin hazırda İrana qarşı həyata keçirdiyi hücumlarla əlaqəsi yoxdur.
Silahların böyük ehtimalla “Boinq”in “Kiçik Diametrli Bomba” modeli olduğu bildirilir. Bu, 40 mildən (64 km) çox məsafədə yerləşən hədəfləri vurmağa qadir olan idarəolunan döyüş sursatıdır”, - məlumatda bildirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.