AZ

Avropa Parlamentində Gürcüstanla bağlı növbəti müzakirələr keçiriləcək

Bu gün Avropa Parlamentində (AP) Gürcüstanla bağlı debatlar keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, müzakirələr "Gürcü Arzusu" rejimi altında Elene Xoştariyanın işi və siyasi məhbuslar" adı altında təşkil olunacaq.

Avropa Parlamentinin üzvləri məsələ ilə bağlı qətnaməyə martın 12-də səs verəcəklər.

Qeyd edək ki, bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze AP-də keçiriləcək müzakirələrin hökumət üçün maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, kiminsə hələ də siyasi məhbuslar haqqında danışması sadəcə utancvericidir.

Xatırladaq ki, AP-də son bir il ərzində Gürcüstanla bağlı bir neçə debat təşkil olunub və ölkə əleyhinə qətnamələr qəbul edilib.

Seçilən
30
3
apa.az

4Mənbələr