AZ

“Sabah” 100-ə çatdı

“Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib.

Bakı klubu Misli Premyer Liqasının XXIII turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0.

“Göygöl” “Şəki”ni darmadağın etdi - 10:1

Arif Əsədov: "Neftçi" avrokubokları növbəti mövsüm üçün düşünməlidir"

"Turan Tovuz" ev oyunlarını Sumqayıtda keçirəcək

KAMİLO DURAN KOLUMBİYA MİLLİSİNDƏ

Azərbaycanın U-20 millisində baş məşqçi təyinatı

Seçilən
10
4
apasport.az

6Mənbələr