AZ

Bu şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiqi təklif olunur

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda bəzi sosial kateqoriyalara güzəştlərin tətbiqi təklif edilir.

Gununsesi.info xəbər verir ki, təklifə əsasən, təqaüdçülər, əlilliyi olan şəxslər, eləcə də şagird və tələbələr üçün nəqliyyat xidmətlərində xüsusi güzəştlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Mütəxəssislərin fikrincə, belə bir addım sosial müdafiəyə ehtiyacı olan qrupların gündəlik hərəkət imkanlarını genişləndirə, onların ictimai və sosial həyatda daha fəal iştirakına şərait yarada bilər. Bir çox ölkələrdə bu kateqoriyalara daxil olan şəxslər üçün ictimai nəqliyyatda endirimli və ya pulsuz gediş imkanları tətbiq olunur.

Qeyd olunur ki, bu cür güzəştlərin tətbiqi həm sosial ədalətin təmin olunmasına, həm də ictimai nəqliyyatdan istifadənin stimullaşdırılmasına xidmət edə bilər. Mövzunun aidiyyəti qurumlar tərəfindən müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr