Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş tərəfdarlarının yaratdığı siyasi qüvvə qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.
Bunun üçün onlar başqa partiya ilə birləşə biləcəklərini açıqlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, jurnalistlərlə görüşdə Birləşmiş Milli Konstitusiya Partiyasının rəhbəri, deputat və vaxtilə hakim "Vətəndaş Müqaviləsi" Partiyasınin üzvü olmuş Hovik Aghazaryan bu barədə danışıb.
O bildirib ki, rəhbərlik etdiyi siyasi qüvvə Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək qərarı verib.
Deputat qeyd edib ki, seçkilərə hansı formatda qatılacaqları barədə hələ yekun qərar verilməyib. Onun sözlərinə görə, hazırda bir neçə siyasi partiya ilə danışıqlar aparılır.
Ağazaryan bildirib ki, onların əsas üstünlük verdiyi variant seçkilərə blok formatında qatılmaqdır. Lakin o, klassik blokdan daha çox vahid partiya siyahısı ilə iştirak modelinə üstünlük verdiklərini vurğulayıb.
“Biz blok məntiqinə üstünlük veririk, amma formal blokdan çox vahid partiya siyahısının tərəfdarıyıq. Bu, minimal keçid baryerini aşmağı daha da asanlaşdıra bilər”, – deyə Paşinyanın keçmiş tərəfdarı bildirib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.