Əli Xameneinin öldürülməsindən sonra İranın xaricdə fəaliyyət göstərən gizli agent şəbəkələrinin aktivləşə biləcəyi ilə bağlı Qərb ölkələrində narahatlıq artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb. Bildirilir ki, ABŞ təhlükəsizlik qurumları İran rəhbərliyinin Xameneinin ölümündən sonra xaricdə fəaliyyət göstərən agentlərinə xüsusi kodlaşdırılmış mesaj göndərdiyini ehtimal edir.
Məlumata görə, ABŞ təhlükəsizlik rəsmiləri hadisədən qısa müddət sonra ötürülmüş şifrəli rabitə siqnalını ələ keçiriblər. İddia olunur ki, həmin mesajlar xaricdə əvvəlcədən yerləşdirilmiş agentlərin aktivləşdirilməsi və ya onlara yeni tapşırıqların verilməsi məqsədi daşıya bilər.
Təhlükəsizlik ekspertləri belə şəxsləri adətən “yatmış agentlər” adlandırırlar. Bu cür agentlərin uzun müddət gizli fəaliyyət göstərdiyi və yalnız xüsusi əmrlər aldıqdan sonra aktiv fazaya keçə bildiyi qeyd olunur.
Eyni zamanda ehtimal edilir ki, şifrəli göstərişlər radio siqnalları vasitəsilə ötürülüb və bəzi Qərb ölkələrində fəaliyyət göstərən İran agentləri üçün təlimat xarakteri daşıya bilər. Məlumatı Radio France Internationale yayıb.
Sara