AZ

“Ваku ЕІесtrоnісs” 20 manata іPhоnе 16 Prо satır? – İLGİNC DETALLAR

 

Son günlər “Ваku ЕІесtrоnісs” şirkətinin adından müxtəlif platformalarda, o cümlədən Facebook səhifəsində müxtəlif şirnikləndirici reklamları paylaşılır. Məsələn, Facebook-da ayrı-ayrı şəxslərin adından həyat hekayələri verilir. Guya ki, onlar uzun müddət “Ваku ЕІесtrоnісs” də çalışıblar və sonda haqsız yerə işdən atılıblar. Hekayə danışanlar sonda  іPhоnе 16 Prо telefonun reklamını aparırlar. Və bildirirlər ki, ayda 18-20 manat ödəməklə bu telefonu əldə etmək olar.

Əgər bu gün іPhоnе 16 Prо-nun bazar qiyməti 3-4 min manat üzərindədirsə, necə olur ki, ayda 18-20 manat ödəməklə bu telefonu əldə etmək olur?

Görünfüyü kimi bu bir dələduzluq alətidir.

“Ваku ЕІесtrоnісs” şirkəti adından edilən daha bir dələduzluq faktını isə News365.az-a Azad İstehlakçılar İctimai Birliyinin Sumqayıt üzrə nümayəndəsi İbrahim İbrahimov danışdı:

“10-15 gün əvvəl Facebook platformasında “Ваku ЕІесtrоnісs”in bir səhifəsi çıxdı. Səhifədə qeyd edilir ki, 18-20 manat ödəməklə іPhоnе 15, 16 və hətta 17 əldə edə bilərsiniz. Səhifədəki şərhlərə baxanda aydın oldu xeyli insan bu reklama inanıb və kampaniyaya  qoşulub. Ən pisi də odur ki, səhifəni idarə edənlər çox asanlıqla telefon əldə etmək istəyənlərin bütün şəxsi məlumatlarını və hətta bank kartlarının rekvizitlərini əldə edə bilirlər. Təbii ki, bu bir fırıldaqçılıq alətidir. Ona görə də “Ваku ЕІесtrоnісs” şirkətinin 143 qaynar xəttinə zəng elədim. Mənimlə danışan xanıma məsələni izah etdim. O bildirdi ki, məsələdən xəbərdardırlar. Və bu cür səhifələrin “Ваku ЕІесtrоnісs”lə heç bir əlaqəsi yoxdur. O zaman sual elədim ki, bəs rəhbərlik bu fırıldaqçılığın qarşısını niyə almır? Əməkdaş cavab verməkdə çətinlik çəkdi. Sonrakı günlərdə də şirkətə dəfələrlə zəng etsəm də məqbul cavab ala bilmədim”.

Məsələ ilə bağlı biz də “Ваku ЕІесtrоnісs” şirkəti əlaqə saxladıq. Şirkətdən News365.az-a-a bildirildi ki, bu barədə ətraflı danışmaq istəmirlər:

“Bu səhifələrin “Ваku ЕІесtrоnісs” heç bir əlaqəsi yoxdur”.

Bu cür səhifələr təkcə fırıldaqçılıq etmir, həm də “Ваku ЕІесtrоnісs” şirkətinin imicinə xələl gətirir. Elə isə şirkət niyə məsələyə biganə yanaşır?

Mövzunu diqqətdə saxlayacağıq.

News365.az-a

Seçilən
25
news365.az

1Mənbələr