AZ

Avtomobil yoldan çıxıb aşdı Ölən və yaralanan var

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Hadisə nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində həyatını itirib. 2007-ci il təvəllüdlü Nahid Orucsoy isə müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Surxay Şahbazov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
12
qafqazinfo.az

10Mənbələr