Martın 10-dan 11-nə keçən gecə Səudiyyə Ərəbistanı İranın 9 pilotsuz uçuş aparatını (PUA) vurub.
"Far.Az" xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor Turki əl-Maliki bəyanat verib.
Onun sözlərinə görə, 6 PUA Səudiyyə Ərəbistanının şərq hissəsində vurulub, qalan 3-ü isə "Şeyba" neft yatağına yaxınlaşarkən məhv edilib.