AZ

İranda sirli radio siqnalları

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri Qərbi Avropadakı radiötürücü sirli siqnallar yayır.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri amerikalı kəşfiyyatçılara istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, ABŞ bu yolla İran daxilindəki agentləri ilə əlaqə saxlaya bilər.

Fars dilində "Diqqət!" sözü ilə başlayan siqnalın ardınca altı, dörd, sıfır, doqquz, üç, doqquz rəqəmləri səsləndirilir və bu mesaj hər gün İran vaxtı ilə saat 05:30 və 21:30-da iki dəfə təkrarlanır.

Yaxın Şərqdəki münaqişənin başlamasından bir neçə gün sonra siqnalın bir sıra müdaxilələrlə boğulduğu, İranın bu yolla ötürmələrə mane olmağa çalışdığı ehtimal edilir. Lakin məqalədə qeyd olunub ki, naməlum səs sürətlə yeni tezliyə keçərək rəqəmləri sadalamağa davam edib.

Seçilən
74
publika.az

1Mənbələr