AZ

Lobyanı qısa müddətdə yumşaltmağın üsulları

Quru lobya bişirərkən ən böyük problem onun gec yumşalmasıdır. Lakin bəzi praktik üsullarla bu müddəti yarıbayarı azalda bilərsiniz.

Milli.Az xəbər verir ki, lobyanı yumşaltmağın ən təməl yolu onu bir gecə öncədən soyuq suda saxlamaqdır.

Lobya suyu özünə çəkərək daxildən yumşalır və bərabər şəkildə bişir.

İslatma suyuna bir az duz və ya bir çimdik soda əlavə etmək prosesi daha da sürətləndirir. Ertəsi gün islatma suyunu mütləq süzün və təzə su ilə bişirin.

Əgər lobyanı əvvəlcədən islatmağı unutmusunuzsa və ya lobya çox köhnədirsə, bu üsul xilasedicidir.

Qaynayan suya təxminən dörddə bir çay qaşığı soda əlavə edin.

Soda lobyanın sərt liflərini parçalayır və onun sürətlə yumşalmasını təmin edir.

Sodanı çox tökməyin, yoxsa lobyanın dadı dəyişə bilər və o, asanlıqla dağıla bilər.

Lobyanı yuyub qazana qoyun və üzərini keçəcək qədər su əlavə edib 10-15 dəqiqə qaynadın. Sonra həmin suyu süzün və təzə isti su əlavə edərək bişirməyə davam edin. Bu üsul lobyanın xarici qabığını sürətlə yumşaldır.

Təzyiqli qazan istifadəsi - Bu, lobyanı qısa müddətdə bişirməyin ən effektiv və sürətli texniki yoludur.

Normal qazanda 1.5 - 2 saata bişən lobya, təzyiqli qazanda cəmi 20-30 dəqiqəyə hazır olur.

Lobyanın paylanıb dağılmaması üçün su miqdarına və vaxta diqqət yetirmək vacibdir.

Duzu lobya tam yumşalmadan əvvəl əlavə etməyin. Duz lobyanın sərtləşməsinə səbəb ola bilər. Onu həmişə bişməyə yaxın əlavə edin.

Bişirmə suyuna əlavə edilən bir parça qənd və ya yarım çay qaşığı şəkər tozu həm lobyanın daha asan yumşalmasına kömək edir, həm də qaz yaranmasını azaldır.

Qaynayan lobyaya bəzən bir stəkan soyuq su əlavə etmək (şoklama) onun daha tez bişməsini təmin edə bilər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
27
1
milli.az

2Mənbələr