AZ

SEPAH 2 tonluq döyüş başlığından istifadə etdiyini bəyan edib

SEPAH 2 tonluq döyüş başlığından istifadə etdiyini bəyan edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına qarşı keçirilən "Doğru vəd – 4" əməliyyatının son mərhələsində 2 ton çəkisi olan döyüş başlığına malik raket atdığını bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bu zərbənin əməliyyatın 37-ci mərhələsi çərçivəsində reallaşdırıldığı bildirilir.

Hərbi qurumun bəyanatında qeyd edilir ki, ABŞ-ın mövqelərinə endirilən zərbələr zamanı yeni "Xürrəmsəhr-4" (Khorramshahr 4) raketlərindən istifadə olunub. 2 tonluq dağıdıcı gücə malik bu döyüş başlıqlarının hədəfləri məhv etmək üçün xüsusi olaraq hazırlandığı vurğulanır.

Qeyd edək ki, "Xürrəmsəhr" seriyası İranın ən uzaqmənzilli və ən ağır yükdaşıma qabiliyyətinə malik ballistik raketləri hesab olunur. Regionda hərbi əməliyyatların intensivləşməsi fonunda bu tip silahların dövriyyəyə buraxılması tərəflər arasında gərginliyi yeni mərhələyə daşıyıb.

Seçilən
15
afn.az

1Mənbələr