AZ

ABŞ-da Çin restoranında iğtişaş törədən şəxs saxlanılıb

Bakı. Trend:

ABŞ-də polis Çin restoranına girərək iğtişaş törədən bir kişinisaxlayıb.

Trend xəbər verirki, bu barədə “Us Weekly” məlumat yayıb.

Hadisə Florida ştatının Orlando şəhərində yerləşən “Pearl'sChinese” restoranında baş verib. Bildirilib ki, 43 yaşlı RiçardJarvis əvvəlcə restorana arxa qapıdan daxil olmağa çalışıb, içəridəolanları öldürməklə hədələyib, daha sonra isə ön girişdən içərigirərək birbaşa mətbəxə yollanıb.

Orada o, kürəklə bəzi avadanlıqları sındırıb və yeməkləriyararsız hala salıb. Restoran sahibi iğtişaş törədən şəxsidayandırmağa çalışsa da, kişi qaçmağa cəhd edərək onu kürəkləvurmaqla hədələyib.

Saxlanılan şəxs hərəkətlərini bəşəriyyət üçün narahatlıqla izahedib. Onun sözlərinə görə, bütün Çin restoranlarının iyulun 6-dayeni COVID-19 ştammını yaymağı planlaşdırdığına inanıb və guyabunun qarşısını almağa çalışıb.

Seçilən
141
az.trend.az

1Mənbələr