Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ankara, 11 mart, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, iki ölkə rəhbəri regional və qlobal prosesləri, xüsusilə İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Türkiyə lideri bildirib ki, İran İslam Respublikası ətrafında yaranmış vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır.
Prezident Ərdoğan danışıqlar prosesinin dərhal bərpa olunmasının tərəfdarı olduğunu bildirib və Ukraynanın bərpasına başlanmasının vacibliyini vurğulayıb.
O, həmçinin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin kritik əhəmiyyət daşıdığını qeyd edib.
Dövlət başçısı atəşkəs rejiminin regionun enerji infrastrukturu və limanlarını qoruyacağını, həmçinin tərəflər arasında etimadın möhkəmlənməsinə kömək edəcəyini bildirib.
Rəcəb Tayyib Ərdoğan Ankaranın bu məqsədlərə nail olmaq üçün hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.