AZ

Boşanandan sonra üzünə tüpürdüm

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Mehmet Ali Erbilin Gülseren Ceylan ilə olan bir neçə aylıq evliliyi rəsmən sona çatıb. Cəmi bir məhkəmə iclası ilə boşanan məşhur şoumen ayrılıqdan sonra səssizliyini pozaraq maraqlı etiraflar edib. Münasibətlərinin "dostca" bitdiyini deyən Erbil boşandıqdan sonra keçmiş həyat yoldaşı ilə bir dəfə də olsun danışmadıqlarını vurğulayıb.Demokrat.az-ın məlumatına görə ayrılıq prosesində ən çox darıxdığı varlığın "oğlu" olduğunu deyən sənətçi bu ifadə ilə əslində itini nəzərdə tutduğunu bildirib. "Bir tək oğlum üçün darıxmışam, yəni itimiz üçün" deyən Erbil köpəyinə olan sevgisini zarafatla ifadə edib. Şoumen həmçinin nikah şahidi olan dostuna qarşı maraqlı reaksiya göstərdiyini də gizlətməyib. Evliliyin uğursuz alınmasına görə zarafatla dostunun üzünə tüpürdüyünü deyən Erbil Serdar Ortaçın şahidliyi barədə də espri edərək növbəti dəfə bəlkə onun şahidliyinin daha uğurlu olacağını qeyd edib.Yenidən evlənmək ehtimalı ilə bağlı suallara ehtiyatla yanaşan məşhur aparıcı bu dəfə böyük danışmaq istəmədiyini söyləyib. O əvvəlki dəfə "evlənmərəm" dedikdən sonra nikah masasına oturduğunu xatırladaraq gələcəyə qapılarını tam bağlamayıb. Hazırda keçmiş həyat yoldaşlarının YouTube kanallarında aktiv olduqlarını deyən sənətçi onlardan birinə qonaq gedə biləcəyini də yumoristik dildə diqqətə çatdırıb.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
demokrat.az

1Mənbələr