Fransa Prezidenti Emmanuel Makron martın 11-də G7 ölkələrinin liderləri ilə Yaxın Şərqdəki vəziyyəti və onun enerji bazarlarına təsirini müzakirə etmək üçün videokonfrans təşkil edəcək.
APA xəbər verir ki, bu barədə “Agence France-Presse” Yelisey Sarayına istinadən məlumat verib.
"Danışıqlar enerji vəziyyəti və onun azaldılması tədbirlərinə yönələcək. Bu, G7 liderləri arasında bu mövzuda ilk müzakirə olacaq. İqtisadi koordinasiya vəziyyətə effektiv və faydalı cavab üçün vacibdir", - məlumatda deyilir.