II Liqada 17-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 3-cü oyun günündə 3 matç keçirilib.
Günün ilk matçında "Araz-Saatlı" "Dinamo" ilə üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Doğma meydanda "Şəki Siti" ilə qarşılaşan "Göygöl" isə rəqib qapısından 10 qol keçirərək böyükhesablı qələbə qazanıb.
"Ağdaş" "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Araz Saatlı” – “Dinamo” 2:2
Qollar: Bayram Əliyev, 82; Elxan Məmmədov, 85 (p.) // Elgün Namazov, 32; Ramin Süleymanov, 45+1
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Tural Bayramov, Nail Nağıyev
Saatlı OİK stadionu
“Göygöl” – “Şəki Siti” 10:1
Qollar: Cavid Abbasov, 10; Ülvi Cəlilov, 31; Ziyabil Məmmədov, 57, 72; Sənan Kərimov, 62, 63; Fərid Məmmədov, 65; Kamal Həsən-pur, 80; Araz Quliyev, 84, 89 // Tahir Zeynalov, 39
Hakimlər: Namiq Bəkirov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Elçin Abdullayev
Göygöl OİK stadionu
“Ağdaş” – “Qaradağ Lökbatan” 0:4
Qollar: Vüsal Hüseynov, 19; Tofiq Nəsibov, 32, 34, 57
Hakimlər: Sənan Bayramzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, İrşad Aydınov
Ağdaş şəhər stadionu
8 mart (bazar)
"Kür-Araz" - "Ağstafa Gəncləri" - 2:2
9 mart (bazar ertəsi)
"Şirvan" - "Quba" - 1:0
"Şəmkir" - "Xankəndi" - (Matç baş tutmayıb)
