AZ

Kanadada silahlı hücum qurbanlarından süni intellekt şirkətinə qarşı ağır İTTİHAM

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Kanadada təhsil müəssisələrindən birində baş vermiş silahlı hücum zamanı ağır xəsarət alan 12 yaşlı məktəblinin valideynləri ABŞ-nin süni intellekt nəhəngi olan "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıblar.

Oxu.Az "The Globe and Mail" nəşrinə istinadən xəbər verir ki, iddia ərizəsi martın 9-da Britaniya Kolumbiyası Ali Məhkəməsinə təqdim olunub.

Başından yaralanaraq reanimasiyaya yerləşdirilən Maya Debala və hadisə vaxtı məktəbdə olan bacısı Dalianın anası iddia edir ki, "OpenAI" şirkəti cinayətkarın qəddar planları barədə əvvəlcədən məlumatlı olub. Şikayət ərizəsində qeyd olunur ki, şirkət riskləri bilsə də, hüquq-mühafizə orqanlarına xəbərdarlıq etməyib. Şikayətçi tərəf günahkarların cəzalandırılmasını və gələcəkdə bu növ kütləvi hücumların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsini tələb edir.

Xatırladaq ki, fevralın 10-da Britaniya Kolumbiyasının Tambler-Ric qəsəbəsində 18 yaşlı Cessi Van Rutselaar tərəfindən silahlı hücum törədilib. Cinayətkar əvvəlcə 39 yaşlı anasını və 11 yaşlı ögey qardaşını qətlə yetirib, daha sonra isə məktəbə daxil olaraq bir müəllimi və yaşları 13-17 arasında dəyişən beş şagirdi güllələyib.

Məlumata görə, "OpenAI" şirkəti Kanada polisi ilə yalnız qanlı hadisə baş verdikdən sonra təmas qurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
oxu.az

1Mənbələr