AZ

İsrail Qəzza zolağında HƏMAS-ın raket qurğusuna zərbə endirdiyini açıqlayıb

BAKI, 11 mart. TELEQRAF

İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus raket qurğusuna zərbə endirdiyini bildirib.

Teleqraf xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, zərbənin hədəfi Qəzza şəhərinin rayonlarından birində yerləşən və HƏMAS hərəkatının üzvləri tərəfindən İsrail istiqamətində raketlərin buraxılması üçün istifadə edilən qurğu olub.

Bununla yanaşı, İsrail ərazisinin raket atəşinə tutulması barədə məlumat verilməyib.

Ordu nümayəndələri bildiriblər ki, həmin obyektin istifadəsi atəşkəs razılaşmasının pozulması hesab olunur.

Seçilən
70
teleqraf.com

1Mənbələr