AZ

Pezeşkian Putinə təşəkkür etdi

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ABŞ və İsrailin təcavüzü fonunda İslam Respublikasına verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib.

"Unikal" xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidmətinin məlumat yayıb. 

Qeyd edilib ki, söhbət zamanı İran lideri Putini ABŞ və İsrailin İslam Respublikasındakı mülki infrastruktur obyektlərinə endirdiyi zərbələr barədə də məlumatlandırıb və bu cür hərəkətlərin beynəlxalq səviyyədə pislənməsinə çağırıb.

Mətbuat xidməti qeyd edib ki, "Rusiya prezidenti ölkəsinin İrana qarşı hərbi təcavüzü rədd edən mövqeyini bir daha təsdiqləyərək, Rusiyanın bölgədəki münaqişələrə tez bir zamanda son qoymaq üçün lazımi yardımı və lazım olan hər hansı dəstəyi göstərməyə hazır olduğunu bildirib".

Seçilən
86
1
unikal.az

10Mənbələr