AZ

Ərdoğan: İrandakı münaqişə Ukraynada sülh axtarışına mane olmamalıdır

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Reyting.az-ın məlumatına görə, Türkiyə prezidentinin mətbuat xidmətindən bildiriblər ki, iderlər Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan qeyd edib ki, İrandakı münaqişə Ukraynada sülh axtarışına mane olmamalıdır. Onun sözlərinə görə, danışıqları gecikmədən davam etdirmək faydalıdır və bu, Ukraynanın yaralarını sağaltmaq, yenidənqurma işlərinə başlamaq və davamlı təhlükəsizlik üçün vacibdir.

Dövlət başçısı Qara dənizdə naviqasiya təhlükəsizliyinin Türkiyə üçün vacib olduğunu, enerji infrastrukturunu və limanlarını qoruyacaq atəşkəsin təmin edilməsinin tərəflər arasında etimadı gücləndirməyə kömək edə biləcəyini vurğulayıb. O, Türkiyənin bu məsələdə bütün mümkün dəstəyi verəcəyini bildirib.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
reyting.az

1Mənbələr