Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşması baş tutub.Demokrat.az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərə "Liverpul" komandasını İstanbuldakı "Rams Park" stadionunda qəbul edib.Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mario Lemina oyunun 7-ci dəqiqəsində komandasına qalibiyyət gətirən qolu vurub. Osimhen 62-ci dəqiqədə fərqlənsə də, qol oyundakənar vəziyyətə görə qeydə alınmayıb.Qeyd edək ki, cavab oyunu martın 18-də keçiriləcək.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.