AZ

“Dallas” ardıcıl qələbə sayını 10-a çatdırdı!

“Dallas” üç gündə müntəzəm çempionatda iki qələbə qazandı.

"Football-plus.az" xəbər verir ki, “ulduzlar” həm “Vankuver”in, həm də “Kalqari”nin öhdəsindən gəldi. “Vankuver”i məğlub etməklə ardıcıl qələbə sayını 9-a çatdıran “Dallas” bu göstəricidə klub rekordunu yenilədi.

8 qələbədən ibarət əvvəlki rekord 2024-cü ildə, martın 16-sı – aprelin 3-ü aralığında müəyyənləşdirilmişdi. Amma yeni rekord cəmi bir gün yaşadı. İş ondadı ki, “Dallas” “Kalqari”ni məğlub etməklə belə qələbələrin sayını 10-a çatdırdı.

Bu komanda 61 oyundan sonra 85 xalla Qərb konfransının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

3 mart
Neşvill – Detroyt 2:4 (1:1, 1:2, 0:1)
Reyncers – Kolambus 4:5 OT (0:2, 0:2, 4:0, 0:1)
Toronto – Filadelfiya 2:3 B (1:1, 0:0, 1:1, 0:0)
Vankuver – Dallas 1:6 (1:1, 0:2, 0:3)
Sietl – Karolina 2:1 (0:0, 2:1, 0:0)
Los-Anceles – Kolorado 2:4 (1:2, 1:0, 0:2)

4 mart
Baffalo – Veqas 3:2 (1:0, 2:2, 0:0)
Boston – Pittsburq 2:1 (2:1, 0:0, 0:0)
Vaşinqton – Yuta 2:3 (1:2, 0:1, 1:0)
Kolambus – Neşvill 3:2 (1:1, 0:1, 2:0)
Nyu-Cersi – Florida 5:1 (1:1, 2:0, 2:0)
Vinnipeq – Çikaqo 3:2 OT (1:1, 0:0, 1:1, 1:0)
Kalqari – Dallas 1:6 (1:2, 0:4, 0:0)
Edmonton – Ottava 5:4 OT (2:2, 0:2, 2:0, 1:0)
Minnesota – Tampa-Bey 5:1 (1:0, 2:1, 2:0)
Anahaym – Kolorado 1:5 (0:2, 1:1, 0:2)
San-Xose – Monreal 7:5 (1:1, 3:1, 3:3)

5 mart
Detroyt – Veqas 3:4 OT (3:1, 0:0, 0:2, 0:1)
Nyu-Cersi – Toronto 4:3 B (1:1, 1:1, 1:1, 0:0)
Anahaym – Aylenders 5:1 (3:1, 0:0, 2:0)
Vankuver – Karolina 4:6 (2:1, 1:4, 1:1)
Sietl – Sent-Luis 2:3 (1:1, 0:1, 1:1)

Seçilən
51
1
football-plus.az

2Mənbələr