Vaşinqton. Trend:
ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyası vəABŞ-Azərbaycan Ticarət Palatası (USACC) strateji tərəfdaşlıq qurmaqniyyətlərini açıqlayıblar.
Trend-in xüsusimüxbirinin məlumatına görə, bu barədə ABŞ Ticarət Departamentininköməkçi katibinin müavini Bill Quidera ABŞ-Azərbaycan TicarətPalatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət vəbiznes konfransında bildirib.
“Biz ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlığı davametdirməyə və Azərbaycanda biznes fəaliyyəti göstərən şirkətləridəstəkləməyə hazırıq. ABŞ Ticarət Departamentinin BeynəlxalqTicarət Administrasiyası və "USACC" Cənubi Qafqaz regionundaregional ticarəti artırmaq və məhsuldarlığı yüksəltmək üçünstrateji tərəfdaşlığa girmək niyyətlərini açıqlayıblar. Bu, çoxvacibdir. Hər şey ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycanhökumətindən başlayır”, – deyə o bildirib.
Bill Quidera qeyd edib ki, "USACC" artıq 30 ildir ABŞ iləmünasibətlərin gücləndirilməsi istiqamətində fəaliyyətgöstərir.
“İnanırıq ki, bu səylərin nəticələrini bu gün çox əhəmiyyətlimiqyasda görürük. Prezident Trampın avqustun 8-də ev sahibliyietdiyi sammit, ardınca vitse-prezident Vensin səfəri böyükəhəmiyyət kəsb etdi. Biz bu əlaqələri daha da gücləndirməyisəbirsizliklə gözləyirik və hesab edirik ki, bu səfərlərmünasibətlərimizin əhəmiyyətinin vacib sübutudur”, – deyə o əlavəedib.
Bill Quidera vurğulayıb ki, Ticarət Nazirliyi bu münasibətlərəböyük dəyər verir və ənənəvi olaraq enerji, süni intellekt vəregional əlaqələrə yönəlmiş nümayəndə heyətləri və tədbirləri əhatəedən birgə proqramların təşkili səylərini davam etdirəcək.
"USACC"nin icraçı direktoru Natiq Baxışov isə bildirib ki,ABŞ-Azərbaycan Ticarət Palatası üçün ABŞ Ticarət Departamenti ilətərəfdaşlıq qurmaq böyük şərəfdir.
“Dəstəyinizə görə çox təşəkkür edirəm. Birlikdə ABŞ vəAzərbaycan arasında daha güclü münasibətlər quracaq və regionaləməkdaşlığı gücləndirəcəyik”, – deyə o əlavə edib.