AZ

Culfa rayonunun 9 kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq

Naxçıvan, 10 mart, AZƏRTAC

Martın 11-də yeni çəkilən 110 kilovoltluq hava elektrik verilişi xətlərinin çəkilməsi ilə əlaqədar 35/10 kV-luq Əbrəqunus yarımstansiyasını qidalandıran 35 kilovoltuq "Əbrəqunus" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu səbəbdən Culfa rayonunun Xoşkeşin,Teyvaz, Milax, Ərəfsə, Saltaq, Bənəniyar, Kırna, Ləkətağ, Boyəhməd kəndlərində saat 13:30-dan 15:00-dək elektrik enerjisinin verilməsində fasilə olacaq.

Müxbir- Nail Əsgərov

Seçilən
94
14
azertag.az

10Mənbələr