AZ

ABŞ da İsrailə xəbərdarlıq: Bu obyektlərə zərbə endirmə!

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb və xəbərdarlıq edib ki, bu cür hərəkətlər mülki əhaliyə zərər verə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, bu cür addımlar o cümlədən qlobal neft qiymətlərinin kəskin artmasına və Fars körfəzindəki enerji obyektlərinə qarşı daha genişmiqyaslı cavab zərbələrinə səbəb ola bilər.

Portalın məlumatına görə, Tramp administrasiyası münaqişə bitdikdən sonra potensial əməkdaşlıq üçün İranın neft sektorunu qorumağa çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
11
axar.az

10Mənbələr