AZ

İsrail müdafiə büdcəsini 13 milyard dollar artırmağı planlaşdırır




İsrail hakimiyyəti İrana qarşı hərbi əməliyyatı maliyyələşdirmək üçün müdafiə büdcəsini təxminən 40 milyard şekel (13 milyard dollar) artırmaq istəyir .

Newscenter.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, İsrail hökumətinin bu məsələ ilə bağlı səsverməsi çərşənbə axşamı baş tuta və Knesset bunu ayın sonuna qədər nəzərdən keçirə bilər.

Qeyd olunur ki, bu məbləğ İsrail dövlətinin ÜDM-nin təxminən 2%-ni təşkil edir. Vəsaitlərin arsenalların doldurulmasına və ehtiyatda olanlarla bağlı xərclərin ödənilməsinə xərclənməsi planlaşdırılır.

Anar
Seçilən
68
1
newscenter.az

2Mənbələr