AZ

Mingəçevirdə Milli Teatr Günü qeyd olunub

10 martMilli Teatr Günümünasibətilə Mingəçevir Dövlət Dram Teatrında silsilə tədbirlər keçirilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, tədbirlər Teatr Tarixi Muzeyi vəyeyni yaradılmış teatr kitabxanasında təşkil olunub.

Heydər Əliyev Mərkəzinin əməkdaşlarını və təhsil ictimaiyyəti teatrın zəngin tarixini əks etdirən eksponatlar və əl işləri ilə yaxındantanış olub, həmçinin teatr sənətinin tarixi ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Eyni zamanda Mingəçevir Dövlət Dram Teatrında müasirformatda yenitamaşanın premyerası olub. Tanınmış kino və teatr rejissoru Cavid Təvəkkülün quruluş verdiyi, İbrahim Türksoy Salamovun 2-ci rejissoru olduğu romantik komediya gənclərin zövqünə uyğun hazırlanıb.

Sabit Rəhmanın eyniadlı pyesi əsasında səhnələşdirilən "Nişanlı Qız" tamaşasında fərqli rejissoryanaşması öz əksini tapıb.

Seçilən
27
teleqraf.com

1Mənbələr