Vaşinqton. Trend:
"GL Group" şirkəti Azərbaycanda və onun hüdudlarından kənardaneft və qaz sektorundakı fəaliyyətini genişləndirməkdəmaraqlıdır.
Bunu Trend-ə "GLGroup" şirkətinin Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlarüzrə baş vitse-prezidenti Qilbert Boyler Vaşinqtonda ABŞ-AzərbaycanTicarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarətvə Biznes Konfransının kənarında bildirib.
Onun sözlərinə görə, şirkət fəaliyyət göstərdiyi bütünölkələrdə, o cümlədən Azərbaycanda genişlənmək niyyətindədir.
“Biz fəaliyyət göstərdiyimiz hər yerdə, o cümlədən Azərbaycan dadaxil olmaqla, genişlənməkdə həmişə maraqlıyıq. Biz Azərbaycanınneft-qaz sektorunun gələcəyinə çox nikbin yanaşırıq və əminik ki,onun uğurlu bir hissəsi olacağıq”, – deyə Q.Boyler bildirib.
O, şirkətin regiondakı strategiyasını izah edərək qeyd edib ki,əsas məqsədlərdən biri mövcud aktivlərin genişləndirilməsi vəinkişaf etdirilməsidir.
“Birincisi, mövcud aktivlərimizi genişləndirməyə və inkişafetdirməyə davam etmək niyyətindəyik. İkincisi, əlavə əldə etməimkanları axtarmaqdır. Üçüncüsü isə bunu təkcə Azərbaycanda deyil,həm də bütün regionda hərtərəfli şəkildə həyata keçirməkdir”, –deyə o vurğulayıb.
Q.Boyler şirkətin əməliyyatlarında texnologiyanın rolunun mühümolduğunu bildirib. Onun sözlərinə görə, yataqlarınrəqəmsallaşdırılması əməliyyat və qazma proseslərinioptimallaşdırmağa, eləcə də quyuların səmərəliliyini artırmağaimkan verir.
Şirkət həmçinin qabaqcıl modelləşdirmə və qazma metodlarındanistifadə edir. Bildirilib ki, idarə olunan yataqlar üzrə 3D geolojivə 3D rezervuar modelləri qurulub və planlaşdırma prosesində tətbiqolunur.
Bundan əlavə, qazma texnologiyaları da təkmilləşdirilir. Buçərçivədə lay üçün daha az zərərli istiqamətli qazma üsullarındanvə neft əsaslı qazma mayelərindən istifadə olunur ki, bu daquyuların məhsuldarlığının artmasına imkan yaradır.
Q.Boyler şirkətin yanaşmasını “sürünmək, gəzmək, qaçmaq”prinsipi ilə izah edib. Onun sözlərinə görə, hazırda həyatakeçirilən tədbirlər hasilatın azalmasını azaltmağa, hasilatısabitləşdirməyə və gələcək artım üçün zəmin yaratmağa yönəlib.
“Biz Azərbaycanda neft və qaz hasilatının uğurlu artımının birhissəsi olmaq istəyirik və hesab edirik ki, bu prosesdə rolumuzudaha da artıracağıq”, – deyə o əlavə edib.