AZ

Masallıda həssas təbəqədən olan ailəyə diqqət və qayğı » AzadMedia.az


Masallı şəhər sakini, I qrup əlil İsayeva Aygün Kərim qızı və onun övladı, 1994-cü il təvəllüdlü I qrup əlil İsazadə Şahin İqrar oğlu rayon rəhbəri tərəfindən ziyarət olunub. Görüş zamanı ailənin sosial vəziyyəti ilə maraqlanılıb, onlara mənəvi dəstək göstərilib.

Bildirilib ki, əvvəlki ziyarət zamanı ailənin yaşadığı binada liftin uzun müddət nasaz vəziyyətdə olması müəyyən edilmiş və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdı. Aparılan işlər nəticəsində lift bərpa edilərək təhlükəsiz və istifadəyə yararlı vəziyyətə gətirilib ki, bu da ailə üzvlərinin, xüsusilə də Şahin İsazadənin hərəkət imkanlarını xeyli asanlaşdırıb.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbəri cənab Araz Əhmədova minnətdarlıqlarını ifadə ediblər.
Seçilən
44
1
azadmedia.az

2Mənbələr