AZ

Şahed dronlarına qarşı ekspert dəstəyi Ukrayna komandaları regiona gedir

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib ki, bu həftə tam təchiz olunan üç komanda Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına göndəriləcək.

Globalinfo.az xəbər verir ki, Prezident Ofisinin məlumatına görə, göndərilənlər hərbi personaldır.

Zelenski komandaların tərkibi və missiyanın dəqiq detalları barədə əlavə məlumat verməyib.

Xatırladaq ki, keçən həftə o, ABŞ və Yaxın Şərq müttəfiqlərinin Ukraynanın “Şahed” dronlarına qarşı təcrübəsindən faydalanmaq istədiklərini deyib.

Qeyd edək ki, Rusiya Ukraynaya ötən 4 il ərzində on minlərlə “Şahed” dronu atıb.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
globalinfo.az

1Mənbələr