AZ

Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır 69 BB 079 FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtda sürücünün qaydaları kobu şəkildə pozması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi - VİDEO

Avtosfer.az xəbər verir ki, Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində dayanacağın yaxınlığında avtomobillərin harada gəldi parklanması sakinləri narazı salıb. Belə ki, 32 nömrəli marşrut xəttinin dayanacağının yaxınlığında 77-OS-575 nömrə nişanlı “Range Rover” və ikinci xətdə dayanan 69-BB-079 qeydiyyat nişanlı “Toyota” markalı avtomobillər hərəkətə maneə yaradıb.

Avtosfer.az-ın sosial şəbəkə hesabına fotonu göndərən vətəndaş deyir ki, açıq-aydın arxada yaxınlaşan avtobus görünür və o, sürücülərin avtomobili necə gəldi parklamasına görə dayanacağa yaxınlaşa bilmir. Avtobus sürücüsü də məcbur olub yolun ortasında saxlayır, dayanacağa yaxınlaşa bilmir. Bu da avtobusa minmək istəyənlərin də, yoldakı digər nəqliyyat vasitələrinin də hərəkətinə maneə yaradır. Vətəndaş fotonun martın 8-i günorta saat 3-4 aralığında çəkildiyini bildirib.

Sakinlər aidiyyəti qurumlardan yaranan vəziyyəti nəzarətdə saxlamalarını tələb edir.

Qeyd edək ki, avtomobillərin dayanacağa bu qədər yaxın məsafədə parklanmasına və ikinci zolaqda saxlamağa görə cərimə nəzərdə tutulub.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
avtosfer.az

1Mənbələr