Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Hafta.az-ın məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın sərbəst güləşçilərindən Yusif Dursunov (125 kq) da finala adlayıb.
Dursunov yarımfinalda belaruslu Stsiapan Mandrikə 3:2 hesabı ilə qalib gəlib.
Güləşçimiz Ali Tsokayev (92 kq) də yarımfinalda rusiyalı Mustafaqadji Malaçdibirova 6:4 hesabıyla qalib gələrək Avropa çempionatında finala yüksəlib.
Ölkəmizi təmsil edən Vasif Xudiyev (86 kq) isə yarımfinalda rusiyalı Bozigit İslamgereyevə 2:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Beləliklə, çempionatda finala çıxmış Azərbaycan güləşçilərinin sayı beşə çatıb - Yusif Dursunov, Ali Tsokayev, Ceyhun Allahverdiyev, Vasif Bağırov, Səbuhi Əmiraslanov.