AZ

Qızı ağladı deyə arvadını döydü Qadın bağışladı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Abşeron rayonunda 1988-ci il təvəllüdlü Aqil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mədinəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 3-də Hökməli qəsəbəsində baş verib. Aqil həmin gün gecə saat 00:05-də ailə üzvləri ilə birlikdə yaşadığı fərdi evdə arvadı Mədinə ilə mübahisə edib.Mübahisəyə səbəb onların nigahın pozulması məsələsində anlaşmazlığa gəlmələri olub. Hətta azyaşlı övladları (2012-ci il təvəllüdlü) də bu mübahisədən məlumatlı olub və vəziyyət gərginləşib. Aqil azyaşlı övladının nikahın pozulması ilə bağlı vəziyyətin pisləşməsində arvadını günahkar bilib və ona irad bildirib. Bu səbəbdən tərəflər arasında ailə daxili mübahisə yaranıb.Mübahisə zamanı Aqil arvadının üzərinə hücum edib və əl ilə, yumruq zərbələri ilə onun sifətinə, başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə vurub.Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Mədinə ilə 2010-cu ildə ailə həyatı qurub və birgə nigahdan üç övladı, 2012-ci il təvəllüdlü qızı, 2013-cü il təvəllüdlü və 2015-ci il təvəllüdlü oğlanları olub:“Əvvəllər Mədinə ilə münasibətlərimiz yaxşı olsa da, son zamanlar aramızda sözlə mübahisələri olur. Aprelin 3-də, gecə saat 00:05-də yaşadığımız evdə olan zaman Mədinə ilə aramızda ailə məişət münasibətləri zəminində mübahisə baş verdi. Mübahisə zamanı Mədinədən qızımın evdə nəyə görə ağladığını soruşdum. O, da mənə məhkəməyə boşanma ilə bağlı müraciət etdiyimizi qızım bildiyi üçün ağladığını söylədi. Qızımın bundan xəbəri olması sözünü eşidəndə əsəbiləşdim. Mədinənin üzərinə gedərək evin yataq otağında yumruq zərbəsi ilə onun başına vuraraq onu döydüm”.Məhkəmədə məlum olub ki, təqsirləndirlən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə  Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
1
demokrat.az

2Mənbələr