AZ

“Sabah”a qarşı ay ərzində 5 oyun keçirmək çətindi” – Kaxaber Sxadadze



Misli premyer-liqasının 23-cü turunda “Qəbələ” səfərdə “Sabah” önündə darmadağın oldu - 1:7. Qonaqların baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra media önünə çıxıb.

- Yaxşı hal baş vermədi. Belə məğlubiyyətdə baş məşqçi məsuliyyəti üzərinə götürür. Futbolçuların çoxu bugünkü oyuna hazır deyildi. “Sabah” kimi komandaya belə fürsətlət vermək olmaz. Danışılası çox şey yoxdu.

- “Sabah”a qarşı kubokda hər iki oyunda sona qədər mübarizə aparmağınızdan peşmansız? Futbolçular çox yorğun göründü.

- Əlbəttə, belə olacağını düşünməzdik. İki cəbhədə mübarizə aparmaq, “Sabah”a qarşı ay ərzində 5 oyun keçirmək çətindi. Bugünkü çatışmazlıq xarakter idi. Geriyə düşsək də, oyunu çevirə bilmədik.

- Məşqçi karyeranız ərzində 7 qol buraxmısız?

- Bayaq uşaqlara da dedim, belə olmamışdı. Qismət belə imiş. Mənim üçün faciə əzmkarlıq olmadan uduzmaqdı. Həyatda da əzmkar olmaq lazımdı.

- Klublar arasındakı büdcə fərqi özünü göstərdi?

- İmkanlar haqda danışmaq istəmirəm. Vacib olan xarakterdi. Hər oyunçu xarakter göstərməlidi. “Şerif” “Real”ı udmuşdu.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
34
1
football-plus.az

2Mənbələr