AZ

Sərxoş usta müştərinin avtomobilini qaçırdı Polis qovanda 7 maşını əzdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sərxoş vəziyyətdə müştərinin avtomobilini qaçıran usta saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Volqoqrad şəhərində baş verib.

Məlumata görə, 20 yaşlı qadın “Daewoo Matiz” markalı avtomobilini təmir üçün 27 yaşlı maşın ustasına verib. İşin sonunda spirtli içki qəbul edən usta evə təmir etdiyi maşınla getmək qərarına gəlib. Sürücülük vəsiqəsi olmayan ustaya bir müddət sonra ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən “Saxla” əmri verilib. Lakin o, buna məhəl qoymadan qaçmağa çalışıb.

Bu maşın püşkatma yolu ilə satılacaq

Təqib zamanı sükana nəzarəti itirən sürücü maşını park edilmiş 7 nəqliyyat vasitəsinə çırpılıb. Saxlanılan şəxs avtomobili qaçırmaq niyyətində olmadığını, sadəcə evə getmək istədiyini izah edib.

O, sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati qaydada cərimələnib.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
avtosfer.az

1Mənbələr