AZ

İran niyə ABŞ dən başqa hər yerə raket atır?

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Hələ savaş başlamamış İran rəsmiləri İsrail və Amerikaya hücum edərsə, bunun nəticələrinin nə olacağını açıqlamış və qonşu ölkələr üçün təhdid mesajı vermişdilər. Savaş başlayandan dərhal sonra İran Körfəz ölkələrini hədəf almağa başladı".Bunu politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında deyib."Hələ savaş başlamamış İran rəsmiləri İsrail və Amerikaya hücum edərsə, bunun nəticələrinin nə olacağını açıqlamış və qonşu ölkələr üçün təhdid mesajı vermişdilər. Savaş başlayandan dərhal sonra İran Körfəz ölkələrini hədəf almağa başladı. Körfəz ölkələri İranın niyyətini tam başa düşmür. Orada ABŞ bazaları olduğundan, İran zərbələri əsasən həmin bazalara yönəldə bilərdi. Amma İran yalnız hədəfləri deyil, həmçinin ölkə strukturlarını və ABŞ obyektlərini də zərbə altına aldı.Savaşın əvvəlindən Azərbaycan və Türkiyə də hadisələri izləyərək diplomatik həll yollarına yanaşdı və konkret addımlar atdı. Amma İran bunu nəzərə almadı və ölkədəki xaotik vəziyyətdən istifadə edərək həm Azərbaycana, həm də Türkiyəyə qarşı cəhdlər etdi. Naxçıvana dron uçuşu təşkil olundu, Türkiyəyə raket zərbəsi endirmək cəhdi edildi, lakin hər iki cəhd qarşısı alındı. Həm Azərbaycan, həm Türkiyə İrana sərt etirazlarını bildirdi".Politoloq deyib ki, İranın rejimi aqressiv və ekspansiyonist siyasət yürüdür."Savaşın qonşu ölkələrə yayılması onun nüfuzunu artırmaq, maraqlarına mane olanları isə zərbə altında qoymaq məqsədini daşıyır. Bu, rejimin təbiətindən irəli gələn, qonşulara qarşı təhdid siyasətidir.

Belə hallar tarixdə də mövcuddur. Ölkələr bəzən hücum zamanı təsirlərini böyüdərək regional və beynəlxalq əhəmiyyət qazandırmağa çalışır. Məsələn, 1991-ci ildə İraqın işğalı zamanı Səddam Hüseyn regiondakı ölkələri hədəf almış, İsrail və digər ölkələr bu çərçivədə risk altına düşmüşdü. İranın Türkiyə və Azərbaycanı hədəfə alması da eyni məntiqdən qaynaqlanır. Rejim qonşularla normal münasibət qura bilmir və yalnız ekspansiyonist maraqlarını təmin etməyə çalışır", - deyə o qeyd edib.Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
demokrat.az

1Mənbələr