Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Teleqraf xəbər verir ki, turun sonuncu oyununda çempionatın lideri "Sabah" "Qəbələ"ni qəbul edib.
"Bank Respublika Arena"da keçirilən görüşdə meydan sahibləri rəqibini darmadağın edib - 7:1.
"Bayquşlar"dan Coy Lens Mikels (11 və 22-ci dəqiqələr), Aleksey İsayev (24), Kahim Parris (40), Aaron Maluda (53), Jessi Sekidika (63) və Rəhman Daşdəmirov (77) fərqləniblər. "Qırmızı-qaralar"ın təsəlli qolunu 87-ci dəqiqədə Adriel Ba Lua vurub.