AZ

Bu Avropa ölkəsində həqiqi hərbi xidmət bərpa olunub

Bakı. Trend:

Xorvatiya hakimiyyəti ölkədə 17 illik aradan sonra həqiqi(məcburi) hərbi xidməti bərpa edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ilk çağırış çərçivəsində 800 gənc orduya cəlbolunacaq. Onların təxminən yarısı hərbi xidmətə könüllü şəkildəqoşulub, çağırışçıların 10 faizini isə qadınlar təşkil edir.

Gələcəkdə Xorvatiya hakimiyyəti hər il 4000 gənci ordusıralarına cəlb etməyi və onların hərbi hazırlığını təmin etməyiplanlaşdırır.

Rəsmi Zaqreb məcburi çağırışın bərpasını Rusiya-Ukraynamünaqişəsi, eləcə də Avropada təhlükəsizliklə bağlı mövcudvəziyyətlə izah edib.

2025-ci ilin noyabrında Fransa prezidenti Emmanuel Makron ölkədə2026-cı ilin yayından etibarən könüllü hərbi xidmətin tətbiqediləcəyini elan etmişdi.

Məqalədə:
Seçilən
92
2
az.trend.az

3Mənbələr