AZ

Cəlilabadda üzərində xəsarət izi olan yeniyetmənin meyiti TAPILDI

Cəlilabad rayonunda üzərində xəsarət izi olan bir gəncin meyiti aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində baş verib. 
 

Meyit 14 yaşlı Mirkamal Mirqafur oğlu Abdulhüseynliyə məxsusdur. İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində zədələnmə izi müşahidə olunub. Onun ölümünün qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələ dəqiqləşməyib. 


Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
101
5
bizim.media

10Mənbələr