AZ

Cəlilabadda yeniyetmənin üzərində xəsarət olan meyiti tapıldı

Cəlilabad rayonunda üzərində xəsarət izi olan yeniyetmə meyiti aşkar edilib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

Tapılan meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsus olduğu məlum olub.

İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkar olunub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
107
19
olke.az

10Mənbələr