AZ

Cəlilabadda 14 yaşlı oğlanın meyiti tapıldı

Cəlilabad rayonunda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Belə ki, meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsus olduğu müəyyən edilib.

İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkarlanıb.
Onun ölümünün qətl və ya bədbəxt hadisə nəticəsində baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
76
5
teleqraf.com

10Mənbələr