AZ

“Bu gün şou-biznes diqqət mərkəzindədir, nəinki teatr” - FOTO+ÖZƏL

“Teatr gözəl bir məkandır, teatr mənim həyatımdır, mənim üçün məbədə gedən bir yoldur. Teatr həyatın güzgüsüdür. Amma bu adi güzgü deyil. Teatr elə bir güzgüdür ki, ona baxmağa səni məcbur edir ki, öz əyiriliklərini, düzlüklərini orada görəsən”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib.

O daha sonra əlavə edib:

“Bu gün teatra münasibət tam fərqlidir. Bu gün şou-biznes daha çox diqqət mərkəzindədir, nəinki teatr. Halbuki teatr cəmiyyətə empatiya verən bir qüvvədir. Bəzən teatrın dilini dəyişmək istəyirlər. Düşünürlər ki, teatr tamaşaçı ilə eyni yolu getməlidir. Amma bu belə deyil. Çünki teatr şou-biznesdən çox fərqlidir. Şou-biznesdə insan sadəcə əylənirsə, teatrda düşünür. Bəlkə də ona görə insanlar düşünməkdən imtina ediblər. Bu bəlkə də psixoloji bir səbəbdir. Onlar üçün daha asan olan bir şeyi qəbul etmək istəyirlər. Bu yəqin ki, ondan irəli gəlir. Artıq teatra qayıtmaq lazımdır. Hərhalda şou-biznesin cəmiyyətə verdiyi, təqdim etdiyi açıq-aşkar görünür. Teatra münasibət cəmiyyəti xarakterizə edir. O cəmiyyətin səviyyəsini xarakterizə edir. Teatr tarixdir, teatr ədəbiyyatdır, bir elmdir. Hətta deyərdim ki, teatr riyaziyyatdır, mədəniyyətin ocağıdır. Tarix belə vəhdət şəkildə burada birləşir. Teatra münasibət dəyişməlidir. Teatrı kütləviləşdirmək lazım deyil. Teatrı qavramaq o qədər də asan deyil. Bu sənət düşünən beyinlər üçündür” deyə xalq artisti bildirib.

Seçilən
17
1
moderator.az

2Mənbələr